Ana Səhifə

Vikipediya, açıq ensiklopediya
Jump to navigation Jump to search
Hazırda Azərbaycan dilində 144.789 məqalə mövcuddur.

HSUtvald.svg Həftənin seçilmiş məqaləsi

Topographic map of Buru-en.svg
BuruMalay arxipelaqında, Molukka adalarına və İndoneziyanın tərkibinə daxil olan ada. Sakit okeana daxil olan dənizlərlə əhatələnmişdir: Seram dənizi (şimaldan), Banda dənizi (cənubdan və qərbdən). Şərqdən Manipa boğazı ilə Seram və Ambon adalarından ayrılır. Sahəsi 9505 km² təşkil edir. 2012-ci il may ayının məlumatlarına əsasən, adanın ümumi əhalisi 206 840 nəfərdir.

Ada əhalisi etnik baxımdan rəngarəngdir. Adanın köklü əhalisi ilə yanaşı orada Yava adasından və İndoneziyanın digər adalarından gələnlər də yaşayır. Dini baxımdan həm islam, həm də xristian dininə etiqad edənlər var. Bununla belə bəzi rayonlarda insanlar əvvəlki inanclarına bağlılıqlarını qoruyub saxlayırlar.

İnzibati cəhətdən ada Moluku vilayətinə daxildir. Vilayət də öz növbəsində iki dairəyə ayrılır – Buru və Cənubi Buru. Buru dairəsi 2008-ci ildə təşkil edilmişdir. Buna baxmayaraq onun inzibati strukturu 2011-ci ildə hələ təşkil edilməmişdir. İnzibati mərkəzləri müvafiq olaraq Namlea (Buru) və Namrole (Cənubi Buru) şəhərləridir. Bu şəhərlər həmçinin adanın ən iri yaşayış məntəqələridir.

(Davamı...)

HS VdQ.svg Həftənin yaxşı məqaləsi

Poster of play Devil.jpg
İblis — (azərb-ərəb: ابلیس), bəzən "Şeytan", "Satana" və ya "Cin" adlanır — 1918-ci ildə Azərbaycan şairi və dramaturq Hüseyn Cavid tərəfindən yazılmış dörd aktlı faciə, poetik pyes (şeirli drama). Pyesin Birinci Dünya müharibəsi illərində yazıya alınması, Hüseyn Cavidin burada bir filosof və humanist insan kimi düşüncələrinin açılması, ədalətsiz müharibələrə, müharibə qızışdırıcılarına nifrət hissləri oyatması ideyalarını əks etdirir.

Faciə ilk dəfə 1920-ci ildə Abbas Mirzə Şərifzadə tərəfindən səhnəyə qoyulmuşdur. 1920-ci illərin əvvəllərində pyesa əhəmiyyətli müvəffəqiyyət qazanmışdır. "İblis" səhnələşdirilən ilk Azərbaycan poetik dramdır. Drama yalnız mürəkkəb fəlsəfi məzmunu ilə deyil, həm də romantik üslubu ilə diqqətə layiqdir. "İblis" Hüseyn Cavidin ilk səhnəyə qoyulan əsəridir.

Pyesa ilk dəfə 1924-cü ildə nəşr olunmuşdur. Daha sonra əsər 1927, 1959, 1969, 1982, 20012005-ci illərdə nəşr olunmuşdur. 1931-ci ilin Kiçik Sovet Ensiklopediyasında əsər poema adlandırılmışdır. Əsər Hüseyn Cavidin ən yaxşı dramlarından sayılır.

(Davamı...)

PL Wiki CzyWiesz ikona.svg Bilirsinizmi...

Vikipediya məqalələrindən
Hyu Qlassın Grizli ayısının hücumuna məruz qaldığını təsvir edən illüstrasiya.


HSCommons.svg Günün seçilmiş şəkli

Casa histórica de Abbasi, Kashan, Irán, 2016-09-19, DD 75.jpg
 

PL Wiki Aktualnosci ikona.svg Xəbərlər

Koalisiya qüvvələrinin Bağuz şəhərinin azad olunması üçün keçirdiyi əməliyyatdan foto.


Son ölümlər: Aydın Xırdalanlı, Yuliya Naçalova, Musa Məmmədov, Vladimir Etuş, Lyuk Perri, Kit Flint

HSDagensdatum.svg Tarixdə bu gün — 25 mart

25 mart: Titanın aşkar edilməsi, Moskvada ilk tramvay
Xristian Hüygens
  • 1306 — Robert Brüs Şotlandiyanın Kralı olur.
  • 1655 — Saturnun ən böyük peyki, Titan, Xristian Hüygens tərəfindən aşkar edilir.
  • 1821 — Yunanıstan Osmanlı imperiyasından müstəqilliyini elan edir.
  • 1899 — Moskvada ilk tramvay işə düşüb.
  • 1918 — Belorus Xalq Cümhuriyyəti qurulmuşdur.
  • 1947 — İllinoysda şaxtada baş verən partlayışda 111 nəfər həyatını itirmişdir.
  • 2007 — Azərbaycan Vikipediyasında 1000-ci istifadəçi qeydiyyatdan keçdi.
  • Digər günlər: 24 mart25 mart26 mart

    HS Liste.svg Həftənin seçilmiş siyahısı

    Flickr - Saeima - 10.Saeimas deputāts Raimonds Vējonis.jpg
    Latviya Prezidenti — (latış. Latvijas Valsts Prezidents‎) – Latviyanın ali dövlət vəzifəsi. Latviya Prezidenti dövlətin başçısı hesab olunur. Latviya Prezidenti, vəzifəyə Latviya Parlamentində (Seymi) baş tutan seçki yolu ilə təyin olunur. Latviya Seyminin 100 üzvü bir neçə mərhələdən ibarət olan seçki yolu ilə bir nəfəri dörd il müddətinə Latviya Prezidenti vəzifəsinə seçir. Latviya Prezidenti seçilən şəxsin səlahiyyət müddəti seçildiyi il iyulun 8-dən başlayır və dörd il sonra başa çatır.

    2015-ci il iyulun 8-dən Latviya Prezidentinin səlahiyyətlərini Raymonds Veyonis icra edir. Onun səlahiyyət müddəti 2019-cu il iyulun 8-də başa çatır.

    2019-cu ilin iyun ayında Latviya Seymində növbəti Prezident seçkilərinin baş tutması gözlənilir.

    HSTools.svg Kömək səhifələri

    Vikimedia Fondunun digər layihələri
    Türkdilli Vikipediyalar
    Cənubi Azərbaycan

    Başqırd  • Çuvaş  • Krım-tatar  • Qaqauz  • Qaraçay-balkar  • Qaraqalpaq  • Qazax  •

    Qırğız  • Özbək • Tatar  • Tıva  • Türk  • Türkmən  • Uyğur  • Yakut

    Wikipedia-logo-v2.svg Vikipediya digər dillərdə